reklam

Şirkət:  Balli Bisi
Vəzifə: İR üzrə təcrübəçi ( Recruiting )

Balli Bisi şirkəti İnsan Resurları departamentində “İşə Qəbul” ( Recruiting) üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edir. İşləmək arzusunda olan, öyrənməyə həvəsli, praktiki biliklərini artırmağa maraqlı olan şəxslər aşağıdakı tələblərə uyğun olduğu təqdirdə vakansiyaya müraciət edə bilərlər.

Tələblər

  • Bakalavr ( İqtisadiyyat,Psixologiya,Sosiologiya,Menecment sahəsi üzrə ali təhsil arzuolunandır)
  • Təcrübə tələb olunmur
  • Yaş aralığı 20 – 30
  • Azərbaycan dili – yazı və danışıq mükəmməl, Rus və ya  İngilis dili üstünlükdür
  • MS office programları (Word, Excel ) orta  səviyyədə
  • Güclü kommunikasiya bacarığı (izah edə bilmə, məlumatı düzgün ötürə bilmə, fikirlərini əsaslandıra bilmə bacarığı)
  • Məsuliyyət götürə bilmə və ya gördüyü işin məsuliyyətini dərk etmə bacarığı
  • Öz səviyyəsində problemləri həll etmə və ya həlli yolları təklifləri verə bilmə bacarığı
  • Dəqiqlik, Punktuallıq;Komanda ilə effektiv çalışma bacarığı

 

İş qrafiki

İş saatı: 09:00 – 18:00 (6.gün 16:00)
Ünvan: Akim Abbasov 39 ( İnşaatçılar ms)
Ə.h: 300 AZN ( Təcrübə müddəti başa çatdıqdan sonra artan əmək haqqı )

Maraqlanan namizədlər mövzu yerində “İR təcrübəçi” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.

reklam