Təcrübə Proqramları

Junior Dizayner vakansiyası

Profile picture

Tecrube.az

Published: June 5, 2023

Junior Dizayner vakansiyası

Junior Dizayner vakansiyası

 

Biz kimik?

MOF bizneslərin sosial bələdçisidir. Müxtəlif brendlərə sosial şəbəkələrdə düzgün hədəf kütləsinin qarşısına çıxmağa, eyni zamanda həmin kütlənin diqqətini cəlb etməyə yardım edən əsas körpüdür. Müxtəlif biznes həlləri təqdim edən və yeni ideyaların yaradılmasına vəsilə olan komandamız, biznesinizin tikanlardan ulduzlara qalxmasına qədər sizinlə olacaq!

 

Tələb olunan bilik və bacarıqlar:

  • Adobe Photoshop və ya Adobe Illustrator tətbiqlərində işləmə bacarığı;
  • Sosial şəbəkələrdə aktivlik və trendlərin izlənməsi;
  • İnstagram/Facebook/Tik-Tok mühitində rahat işləmək bacarıqları;
  • Komanda daxili və müştərilərlə effektiv kommunikasiya bacarıqları;
  • İşinə qarşı məsuliyyət, punktuallıq və detallara diqqətlə yanaşma.

 

İş saatları : Adı “Part-time”, əsli isə “Öyrənənə qədər işlədirik” 🙂

Müddət : 1 ay

 

Nə kimi imkanlar bəxş edirik :

  • Real iş mühitində bolluca təcrübə qazanmaq;
  • Təcrübəli dizaynerlərlə birgə iş;
  • Marketinq (rəqəmsal və ənənəvi), eləcə də digər sahələri əhatə edən peşəkarlar tərəfindən mütəmadi həyata keçirilən təlimlər;
  • Bir çox qabaqcıl şirkətlərlə işləmə imkanı;
  • Təcrübəni təsdiq edən rəsmi sertifikat;
  • Təcrübə proqramından sonra işlə təmin olunma imkanı;
  • Əyləncəli komanda ilə iş.

 

+ Ofisimiz parkın yanındadır, havalar da isti keçir 🙂

 

Proqrama qoşulmaq üçün öz CV-nizi markofuniagency@gmail.com elektron poçt ünvanına mövzu(subject) bölməsində “Junior Dizayner” qeyd edərək göndərə bilərsiniz.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2024, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram