Təcrübə Proqramları

Kommersiya strukturuna təcrübəçi axtarılır

Profile picture

Tecrube.az

Published: January 15, 2023

Kommersiya strukturuna təcrübəçi axtarılır

Karyerana Bravo ilə təkan ver!

Gənclər ali təhsillərini bitirdikdən sonra karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.

Bravo, Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Şirkət, gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq universitetin bakalavr dərəcəsini son 3 ildə bitirən məzunlar üçün üç aylıq ödənişli Təcrübə Proqramı təşkil edir.

Təcrübə program məzunlara təhsil zamanı öyrəndiklərini işgüzar həyatda tətbiq etmə şansı yaradır, korporativ mühit və biznes prosesləri ilə yaxından tanış edir, şirkət peşəkarları tərəfindən təlimatlanmaq imkanı verir.

Müraciət et

 


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram