Təcrübə Proqramları

Kontent nəzarəti üzrə təcrübəçi vakansiyası

Profile picture

Tecrube.az

Published: June 14, 2023

Kontent nəzarəti üzrə təcrübəçi vakansiyası

“JOEL MMC” Kontent nəzarəti üzrə təcrübəçi (#contentmanagmentintern ) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!

Tələblər:  

  • Təhsil: Ali
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
  • Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı
  • Təcrübə yaxud sertifikat: Tələb olunmur

Vəzifə öhdəlikləri:

  • Məzmunun yoxlanması – iş axınının nəzərdən keçirilməsi və qiymətləndirilməsi, Müştəri tərəfindən yüklənmiş şəkillərin təsdiqlənməsi;
  •  Məlumatların müqayisə edilməsi – Şirkət tərəfindən müəyyən edilmiş məzmun tələblərinə əməl etməklə məzmunun müvafiq şəkillərlə müqayisə edilməsi;
  • Hesabatların hazırlanması – məzmun uyğunsuzluqları siyahısından seçilmiş həll yolları əsasında məzmundan imtina haqqında hesabatların hazırlanması;
  • Reviziyaların idarə edilməsi – məzmun düzəlişləri ilə bağlı tarixlərin arxivləşdirilməsi, versiyaların yenilənməsinin monitorinqinin həyata keçirilməsi;
  • Rəylərin izlənilməsi – məzmun fəaliyyətinin izlənilməsi və alınan şərhlərdən asılı olaraq Müştəriyə rəyin təqdim edilməsi;
  • Keyfiyyətə nəzarət – məzmunun keyfiyyət tələblərinə əsasən qiymətləndirilməsi və CRM sistemi daxilində düzəlişlərdən asılı olaraq məzmuna uyğun qiymətlərin təyin edilməsi.

İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)

İş saatları: 10:00 – 19:00

İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri

Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.

Əmək haqqı: Ödənişli təcrübə (Təcrübə sonunda sertifikat təmin edilir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, hr@trunnion.services elektron poçt ünvanına göndərə bilərlər.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram