Maliyyə

Kredit Risklərinin İdarə Edilməsi üzrə Baş Mütəxəssis is elani

Profile picture

Elvin

Dərc edilib:

Yenilənib:

Şirkət adı: PASHA

İş məlumatları:

Şəhər: Bakı

Əmək haqqı AZN: Ə/h razılaşma ilə

İş rejimi: Tam-ştat

Sahə: Maliyyə

Kateqoriya: Kredit mütəxəssisi

İş barədə məlumat

  • Defolt riskinin azaldılmasını dəstəkləyən kredit portfelinin idarə edilməsi və yüksək riskli hesabların idarə edilməsi alətlərinin yaradılmasına cavabdehlik;
  • Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi;
  • Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
  • Kredit portfelinin icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərin məsləhət verilməsi;
  • Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi;
  • Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların mentorluğu;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Nami̇zədə tələblər

  • Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
  • Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi.
  • Xarici dil: ingilis dili (səlis).
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları.

Elan tarixi: 16 May – 15 İyun


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb