Təcrübə Proqramları

“Kristal Abşeron” maaşlı təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: November 3, 2023

“Kristal Abşeron” maaşlı təcrübə proqramı

Karyeranıza “Kristal Abşeron”da başlayın!

“Kristal Abşeron” inşaat mühəndisliyi, elektrik mühəndisliyi və dizayn sahəsində təhsil alan tələbə və məzunlara təcrübə qazanmaq imkanı yaradır.

Tələblər:

  • Qeyd olunan sahələr üzrə bakalavr və ya magistratura pilləsində təhsil alan tələbə və ya məzunlar;
  • yüksək təhsil göstəriciləri;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • analitik düşüncə və təhlil bacarığı;
  • peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • fərdi və komandada işləmə bacarığı;
  • ünsiyyət qurma və səlis danışıq qabilliyyəti.

İş şəraiti:

  • minimum əmək haqqı: 345 AZN
  • 5 günlük iş qrafiki
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə

Tələblərə cavab verən namizədlər CV formalarını və qiymət kitabçasının (transkript) skan versiyasını hr@kristalabsheron.az elektron ünvanına müvafiq təcrübə proqramının adını qeyd etməklə müraciət edə bilər.

Son müraciət tarixi: 20.11.2023

Hər birinizə uğurlar arzu edirik!


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram