Təcrübə Proqramları

‘’Kristal Abşeron’’ şirkətində maaşlı Anbardar (Təcrübəçi) vakansiyası

Profile picture

Tecrube.az

Published: September 7, 2022

‘’Kristal Abşeron’’ şirkətində maaşlı Anbardar (Təcrübəçi) vakansiyası

Hal-hazırda, ‘’Kristal Abşeron’’ şirkətində Anbardar (Təcrübəçi) vakansiyası aktivdir.

Tələblər:

  • Ali təhsil;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Azərbaycan dilini mükəmməl bilməli;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;
  • Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.

İş şəraiti:

  • Təcrübə müddəti 3 ay müddətində;
  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı: 300 AZN

Əlaqə: Vakansiya ilə bağlı müraciət üçün CV formasını linkedin mesaj qutusuna və ya e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Təcrübəçi)” yazmaqla ”hr@kristalabsheron.az” elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram