reklam

Hazırda şirkətimizə Logistika üzrə Köməkçi tələb olunur.

Iş yeri: Qaradağda yerləşən Zavod Ofisi.

Tələblər:

  • İqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil
  • Əlaqədar sahə üzrə 1 il iş təcrübəsi
  • Ən azı orta səviyyədə İngilis dili biliyi
  • MS Office komputer proqramı üzrə bacarıqlar
  • SAP üzrə istifadə bacarıqları arzu olunandır

 

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Davamlı inkişaf
  • Bütövlük
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
  • Komanda işi

 

Vəzifə və Öhdəliklər:

  • Nəqliyyat şirkətlərinin qarajlarının (qurğular, avadanlıq, sürücülər) yoxlanması
  • GPS hesabatlarının hazırlanması
  • Çatdırılmanın logistika planına uyğunluğunun monitorinqi (məhsulun növünün, miqdarın və çatdırılma ünvanının dəqiqliyi)
  • Proqramlardan düzgün istifadə olunmasında dispetçerlərə dəstək vermək
  • Çatdırılmanın vaxtında, sifarişçilərin spesifikasiya və tələblərinə uyğun həyata keçirilməsinin monitorinqi
  • Logistika üzrə məlumatların təhlili, hesabatların və proqnozların tərtib edilməsi
  • Lazımi hallarda dispetçerin əvəz edilməsi
  • Gömrükləmə əməliyyatının aparılmasına dəstək
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi

 

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Son müraciət tarixi: 18.07.22

reklam