reklam

AzTU-da SABAH Magistratura proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində müəllimlərin işə qəbulu aparılır Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH Magistratura proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində 2022-2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Müvafiq sahədə təcrübəsi olan müəllimlərin qəbulu aşağıdakı fənlər istiqamətində aparılır:

Payız semestri:

  • Xarici dil – I (məşğələ – 45 saat)
  • “Python”da proqramlaşdırma (mühazirə – 30 saat, məşğələ – 15 saat)
  • Əməliyyatların tədqiqi (mühazirə – 30 saat, məşğələ – 15 saat)
  • Təchizat zəncirlərinin idarə olunmasına giriş (mühazirə – 30 saat)
  • Statistika (mühazirə – 30 saat, məşğələ – 15 saat)
  • Logistika sistemlərində və təchizat zəncirlərində simulyasiyalar (mühazirə – 15 saat, məşğələ – 15 saat, laboratoriya – 15 saat)
  • Əməliyyatların idarə olunması (mühazirə – 30 saat, məşğələ – 15 saat)
  • Satınalma və gömrük (mühazirə – 30 saat, məşğələ – 15 saat)
  • Risklərin idarə olunması (mühazirə – 30 saat, məşğələ – 15 saat)
  • Təchizat Zənciri idarəçiləri üçün maliyyə (mühazirə – 30 saat, məşğələ – 15 saat)

 

Yaz semestri:

  • Xarici dil – II (məşğələ – 45 saat)
  • Anbar ehtiyatlarının idarə olunması (mühazirə – 30 saat, məşğələ – 15 saat)
  • Akademik yazı və tədqiqat üsulları (mühazirə – 30 saat)
  • Nəqliyyat prosesi və nəqliyyat növləri (mühazirə – 30 saat)
  • Logistika sistemlərində riyazi modelləşdirmə (mühazirə – 30 saat, məşğələ – 15 saat)
  • Logistika sistemlərində proqram təminatları (mühazirə – 30 saat, məşğələ – 15 saat)

 

Namizədlərə əsas tələblər aşağıdakılardır:

  • Logistika və nəqliyyat, nəqliyyatda daşımaların təşkili, nəqliyyat texnologiyaları, iqtisadiyyat, statistika, biznesin idarə olunması, maliyyə, mühəndislik, İnformasiya və Kommunikasiya Texnologiyaları sahələrində ən azı magistr dərəcəsi
  • Ən azı 1 illik pedaqoji təcrübə
  • Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidir
  • Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanı

 

Maraqlanan şəxslər təfərrüatlı CV-lərini, diplomların surətlərini və iddia etdikləri fənn yaxud fənlər üzrə nümunəyə uyğun sillabus hazırlayıb 17 avqust 2022-ci il saat 17:00- dək [email protected], [email protected] və [email protected] elektron ünvanlarına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidir.

reklam