Təcrübə Proqramları

Maaşlı İnsan Resursları üzrə təcrübəçi vakansiyası

Profile picture

Tecrube.az

Published: February 19, 2023

Maaşlı İnsan Resursları üzrə təcrübəçi vakansiyası

Vəzifə: İR təcrübəçi
İş yeri: OBA Marketlər şəbəkəsi, baş ofis
Direktorluq: İnsan Resursları

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil
  • Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə)
  • Yüksək Analitik düşüncə bacarığı
  • Güclü Ünsiyyət bacarıqları;
  • İnsan Resursları sahəsində karyera qurmaq istəyən gənclər

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərinin yoxlanması
  • Sənədlərdə çatışmazlıqların aşkarlanması və aradan qaldırılması
  • Regionlardan gələn sənədlərin tamlığına nəzarət
  • Sənədlərin qaydaya salınması və qeydiyyatı
  • Əmək kitabçaların yazılması

 

Əlavə təminatlar:

  • Nahar və servis şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;

İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.

Təcrübə müddəti 3 ay nəzərdə tutulmuşdur və ödənişlidir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə təcrübəçi” yazaraq cv@oba.az ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram