reklam

STP Şirkətlər Qrupunun Kommunikasiya bölməsi SMM üzrə təcrübəçi vakansiyası elan edir.

2012-ci ildən etibarən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP Şirkətlər Qrupunun məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.

 

Tələblər:
–      Ali təhsilli ( Filalogiya və jurnalistika sahələrində ali təhsil arzuolunandır);
–      Sosial şəbəkələrdən effektiv istifadə etmə bacarığı;
–      Aktiv, kreativ və inkişafa meyilli;
–      Yüksək səviyyədə araşdırma qabiliyyəti;
–      Fərdi və komandada işləmə bacarığı;
–      Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;
–      Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığına sahib;
–      Azərbaycan dili yüksək səviyyədə olmalı, ingilis dili və rus dili arzuolunandır;

 

Əlavə məlumatlar:
–         Əmək haqqı 300 AZN;
–         Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
–         İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
–         İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə, 10 iyun 2022-ci il tarixinədək CV-nizi mövzu yerinə “SMM üzrə təcrübəçi” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərsiniz.

reklam