Təcrübə Proqramları

Meqa Sığorta Təlim və Təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: December 18, 2023

Meqa Sığorta Təlim və Təcrübə proqramı

Meqa Sığorta Qrupu sizləri Təlim və Təcrübə proqramında iştirak etməyə dəvət edir!

Əgər siz sığorta müqavilələrinin bağlanması sahəsində bilik və bacarıqlar əldə edərək, əmək fəaliyyəti ilə məşğul olmaq istəyirsizsə – bu sizin üçün ən gözəl imkandır!

Təlim və Təcrübə proqramına qoşulmaq istəyənlər üçün əsas tələblər:

  • Yaş: 18-35 arası
  • Təhsil: Ali təhsili olanlar, Ali təhsil müəssisəsinin 3-4-cü kurs tələbələri, sığorta ixtisası üzrə kollec və peşə məktəblərinin tələbələri və məzunları.
  • İş təcrübəsi: Tələb olunmur
  • Dil bilikləri: Əla səviyyədə Azərbaycan dili (rus və ingilis dili arzuolunandır)
  • İT bilikləri: Word, Excel

Təlim və Təcrübə proqramının müddəti 1 aydır.

Proqramı uğurla bitirən şəxslər Fəxri Fərman ilə təltif olunacaq, müvafiq vakansiya üzrə əmək fəaliyyətinə cəlb olunması təklif ediləcək.

Peşəkar, gənc, mehriban bir komandanın üzvü olmaq və karyeranı qurmaq istəyirsənsə, bizim proqrama gəl, Meqa Həyat ailəsininə qoşul!

Təlim və Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən karyera@meqasigorta.az ünvanına öz CV-ni göndərməyi xahiş edirik.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram