Tecrube.az
Published: December 21, 2022
“Sabahın Gücü” İnkişaf Proqramı
Regionun ən böyük sənaye parkı olan STP Şirkətlər Qrupu mühəndislik, mexanika və sənaye istehsalı ilə bağlı digər ixtisaslar üzrə təhsil almış potensiallı gənc, həvəsli və iddialı məzunları “Sabahın Gücü” istedadların inkişafı proqramına dəvət edir.
Proqram iş yerində öyrənərək təcrübə qazanmaq istəyən, təhsil müəssisəni bitirmiş məzunlar və ya maksimum bir il iş təcrübəsinə malik namizədlər üçün geniş imkanlar təqdim edir. Proqramımızın məqsədi iştirakçıları bir il ərzində tədris prosesinə cəlb etməklə istehsalatla daha yaxından tanış etməkdir.
Aşağıdakı vəzifələr üzrə istedadlı gəncləri proqrama qatılmağa dəvət edirik:
Proqramın birinci ili tədris yönümlü olub, müvafiq ixtisaslar üzrə xarici mütəxəsislərin iştirakı ilə nəzəri biliklərin təkmilləşdirilməsindən ibarət olacaqdır. Xarici mütəxəssilərlə təcrübə mübadiləsi proqrama cəlb ediləcək şəxslərə öz sahələri üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək imkanı yaradacaqdır.
Müraciət üçün əsas tələblərimiz:
Proqrama müraciət etmək üçün https://stpcareer.com/ saytımıza daxil olaraq qeydiyyatdan keçməlisiniz.
STP MMC daima gənc potensiallarla yeni uğurlara doğru addımlamaqdan qürur duyur!
Könüllülük
May 29, 2024
Təcrübə Proqramları
May 23, 2024
Təcrübə Proqramları
May 22, 2024
Təcrübə Proqramları
May 21, 2024
Təcrübə Proqramları
May 19, 2024
© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb