reklam

Mühasibatlıq və İnsan Resursları üzrə Maaşlı Təcrübəçi vakansiyası

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Mühasibatlıq bölümünə (Maliyyə departamenti) Təcrübəçi (Ödənişli) vəzifəsinə işçi axtarışı elan edir.

 

Rol haqqında

Mühasibatlıq üzrə Təcrübəçi əsasən “FINCA Azerbaijan”-ın Maliyyə departamentinin müəyyən funksiyalarına dəstək olacaq.

Buraya müvafiq sənədlərin arxivləşməsi (qovluqlara yerləşdirilməsi), müştərilərə arayışların verilməsi, kreditvermə kartlarının sortlaşdırılması və filiallara göndərilməsi üçün uyğun vəziyyətə salınması, yeni istifadəyə verilmiş arxiv müqavilələri üzrə proqrama tədarükçü müqavilələrinin daxil ediıməsi və kassa kitabının gündəlik yazılmasında dəstəyin göstərilməsi kimi funksiyalar daxildir.

 

Namizəddən gözləntilərimiz:

  • Ali Təhsil (Bakalavr dərəcəsi): istənilən sahə
  • Ofis proqramları (MS Office) üzrə peşəkar təcrübə
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Vaxtın mükəmməl İdarə Edilməsi
  • Dil Bilikləri: Azərbaycan dili – səlist

 

Seçimlərdə növbəti addımlar

Əgər bu vakansiya sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 14 Avqust, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

 

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.

Onlayn Ərizə forması

reklam