Təcrübə Proqramları

Müştərilərlə əlaqələr üzrə təcrübəçi

Profile picture

Tecrube.az

Published: March 5, 2024

Müştərilərlə əlaqələr üzrə təcrübəçi

Satış və Müştəri Xidmətləri departamentində “Müştərilərlə əlaqələr üzrə təcrübəçi” vakansiyası aktivdir.

Vəzifə öhdəlikləri:

  • Müştərilərimizə daha yaxşı xidmətin və dəstəyin göstərilməsində əsas rol oynamaq.
  • Telefon, çat, elektron poçt və sosial şəbəkələr daxil olmaqla bir neçə kommunikasiya kanallarından istifadə edərək işləmək.
  • Şirkətin məsulları və xidmətləri haqqında dərin biliklərə sahib olmaq.
  • Müştəriləri effektiv şəkildə məlumatlandırmaq və yönləndirmək.
  • Müştərilərin rəylərinə əsasən şirkətin xidmətlərinin daim təkmilləşdirilməsinə dəstək olmaq.
  • Axşam saatları, istirahət və bayram günləri daxil olmaqla 7/24 dəstək xidmətini təmin edən növbəli iş qrafiki ilə işləmək.

Namizədlərə tələblər:

  • Orta məktəb diplomu və ya onun ekvivalenti; müvafiq sahə üzrə bakalavr təhsili üstünlükdür.
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları.
  • Problemlərin həll edilməsi bacarığı, detallara diqqət.
  • Kompüterdə sərbəst şəkildə işləmə bacarığı.
  • Rus dili biliyi.

Müraciət etmək istəyənlər CV-ni hr@pashapay.az yönləndirə bilər.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram