Təcrübə Proqramları

Müştərilərlə əlaqələr üzrə təcrübəçi vakansiyası

Profile picture

Tecrube.az

Published: June 16, 2023

Müştərilərlə əlaqələr üzrə təcrübəçi vakansiyası

“JOEL MMC” Müştərilərlə əlaqələr üzrə təcrübəçi (#customerrelationshipintern) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!

Tələblər:  

  • Təhsil: Ali
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
  • Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı
  • Təcrübə yaxud sertifikat: Tələb olunmur

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə ünsiyyətin qurulması – xidmət prosesi tələbi çərçivəsində telefon zəngləri, e-poçt, sms vasitəsilə Müştərilərlə mütəmadi əlaqənin saxlanması, Müştərilərdən daxil olan zənglərin cavablandırılması və yaranan çətinliklərlə bağlı dəstəyin təmin olunması;
  • Profilin idarə edilməsi – müvafiq məlumatları daxil etməklə və ya yaranan problemləri həll etməklə Müştəri hesabının idarə edilməsi;
  • Aktivliyin qeyd edilməsi – Müştəri sorğularının qeyd edilməsi və iş tamamlanana qədər dəstək xidmətinin monitorinqinin həyata keçirilməsi, Müştərinin qaldırdığı məsələlərlə bağlı tam dəstək xidmətinin təmin edilməsi;
  • Rəylərin idarə edilməsi – Müştəri məhsulları ilə bağlı rəylərin idarə edilməsi və CRM sisteminə daxil edilməsi;
  • Tarixçənin nəzərdən keçirilməsi – Müştərilərlə əlaqə tarixçəsinin nəzərdən keçirilməsi və fəaliyyət tarixçəsinin izlənilməsi;
  • Məlumatların təhlil edilməsi – Şirkətin təqdim etdiyi platformada Müştəri hesablarının axınının təhlil edilməsi və abunəlikdəki dəyişikliklərin izlənilməsi, digər şöbələrlə mütəmadi koordinasiyanın təmin edilməsi.

İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)

İş saatları: 10:00 – 19:00

İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri

Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.

Əmək haqqı: Ödənişli təcrübə (Təcrübə sonunda sertifikat təmin edilir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, hr@trunnion.services elektron poçt ünvanına göndərə bilərlər.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb