Təcrübə Proqramları

Müştəriyə dəstək üzrə təcrübəçi vakansiyası

Profile picture

Tecrube.az

Published: June 14, 2023

Müştəriyə dəstək üzrə təcrübəçi vakansiyası

“JOEL MMC” Müştəriyə dəstək üzrə təcrübəçi (#customersupportintern ) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!

 

Tələblər:  

  • Təhsil: Ali
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
  • Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı
  • Təcrübə yaxud sertifikat: Tələb olunmur

 

Vəzifə öhdəlikləri:

  • Sorğuların izlənilməsi – Müştəri və ya İstifadəçi sorğuları üçün bilet sisteminin idarə edilməsi, xidmət prosesinin tələbi olaraq telefon zəngləri, e-poçt, sms vasitəsilə Müştərilərlə əlaqənin saxlanması, Müştərilərdən gələn zənglərin cavablandırılması və yaranan məsələlərlə bağlı köməkliyin göstərilməsi;
  • Masa işi – Müştəri ilə əlaqə üçün gündəlik olaraq Şirkətin CRM sistemi üzərində işin aparılması və CRM sisteminin zəng mərkəzi işçisi kimi fəaliyyət göstərilməsi;
  • Əlaqələrin idarə edilməsi – Müştərilər üçün ardıcıl olaraq əlaqə məlumatlarının qeyd edilməsi ;
  • Sorğu qeydiyyatının aparılması – Müştəri sorğularının qeydiyyatının aparılması, həm Müştəriyə, həm də İstifadəçiyə Şirkət məhsulundan (platformasından) istifadə etməklə köməkliyin göstərilməsi;
  • Problemlərin həll edilməsi – Müştərilərə və ya İstifadəçilərə zəng mərkəzi vasitəsilə qəbul edilən sorğulara əsasən tələb olunduğunda problemlərin həlli yollarının təqdim edilməsi;
  • Qeydlərin saxlanması – təhlil üçün zənglərin qeydə alınması.

 

İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)

 

İş saatları: 10:00 – 19:00

 

İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri

 

Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.

 

Əmək haqqı: Ödənişli təcrübə (Təcrübə sonunda sertifikat təmin edilir).

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, hr@trunnion.services elektron poçt ünvanına göndərə bilərlər.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram