reklam

YAY TƏCRÜBƏ PROQRAMI

Tələbələrin elmi-texniki biliklərinin artılırması və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə NORM Sement 2022-ci il üçün ödənişli «Yay təcrübə proqramı»nı elan edir. Yay təcrübə proqramı sizə öyrəndiklərinizi tətbiq etmək və iş yerində təcrübə qazanmaq imkanı yaradır.

Kimlər müraciət edə bilər:

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və ya magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:

  • Mexanika mühəndisliyi
  • Eletrik / Elektronika/ Avtomatika Mühəndisliyi
  • Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
  • Sənaye mühəndisliyi
  • Mədən Mühəndisliyi
  • Kimya mühəndisliyi/Kimya texnologiyası
  • Tikinti materiallarının texnologiyası
  • İnşaat mühəndisliyi
  • Materiallar Mühəndisliyi
  • Əməyin mühafizəsi(SƏTƏM) / Ekologiya
  • İnformasiya texnologiyaları/Kompüter mühəndisliyi /Kompüter elmləri
  • İnsan Resurslarının İdarə olunması
  • Biznesin təşkili və idarəedilməsi
  • Nəqliyyatın təşkili və idarəedilməsi
  • Təchizat Zəncirinin idarə edilməsi
  • İqtisadiyyat

 

Şərtlər:

  • İş qrafiki: Standart (5 günlük)
  • Müddət: 1-3 ay
  • Əlavə olaraq: Nahar və nəqliyyat xidməti

 

Qeyd: Norm şirkəti tərəfindən təcrübə proqramı müddəti ərzində nahar və nəqliyyat xidməti təmin edilir.

Tələblər:

  • Elektron CV
  • Tələbə Biletinin Surəti
  • *Bu tələbləri qarşılamaq zəruridir.

 

Seçim Prosesi:

  • Yazılı Test Mərhələsi( İngilis dili, Məntiq və Dünyagörüşü)
  • Müsahibə Mərhələsi

Müraciətlər:

Müraciətlərinizi 31 may 2022-ci il tarixinədək [email protected] email ünvanına mövzu hissədə “Internship” qeyd edərək göndərməyiniz xahiş olunur.

reklam