Təcrübə Proqramları

“ParaBokt”-dan əmək haqqı+bonuslu təcrübə proqramı!

Profile picture

Tecrube.az

Published: February 8, 2023

“ParaBokt”-dan əmək haqqı+bonuslu təcrübə proqramı!

“ParaBokt”-dan əmək haqqı+bonuslu təcrübə proqramı!

Bakı şəhəri və Respublikamızın bölgə filialları üzrə karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Öhdəliklər:

  • Təlimlərdə aktiv iştirak etmək
  • Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
  • Təlimçi və mentorla interaktiv işləmək
  • Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

Tələblər:

  • Yaşı 18-dən 25-ə qədər (Ali və orta ixtisas təhsili alan tələbələr və ya ali və orta ixtisas təhsilini bitirmiş gənclər)
  • Karyerasını satış işində görmək
  • Öyrənməyə açıq olmaq
  • Hədəflərlə işləməyi bacarmaq
  • Pozitiv ünsiyyət bacarığı
  • Komandada işləməyə meyilli olmaq

Sizə nə vəd edirik:

  • Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
  • Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
  • Ə/h+bonus

 

Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.

Maraqlanan şəxslər vakansiya@parabokt.az ünvanına “təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq CV-lərini göndərə bilərlər.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram