Vəzifə:
 
PAŞA Malls Təmir işləri üzrə kordinator mütəxəssisi vəzifəsinə namizədlər axtarır. Bu vakansiya 1 il müddətinə nəzərdə tutulub.
 
İşin xülasəsi:
 
Təmir işləri üzrə kordinator ticarət mərkəzlərində təmir işlərinə rəhbərlik edir və maraqlı tərəflər arasında körpü rolunu oynayır. Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV-lərini 28 iyun 2023-cü il saat 18.00-dək hr@pashamalls.az ünvanına göndərmələri xahiş olunur.
 
Əmək funksiyalarının təsviri:
 
- Pərakəndə satış, ofis, ticarət mərkəzinin təmiri/yenidənqurma layihələrinə rəhbərlik etmək;
 
- İcarəçilər, subpodratçılar, operatorlar, investorlar və digər maraqlı tərəflərlə sayt və ofis görüşlərinin idarə edilməsi;
 
- Layihə üzərində işləyən bütün maraqlı tərəflər arasında müvafiq ünsiyyətin təmin edilməsi;
 
- DWG fayllarında bütün layihələrin texniki baxışı;
 
- Binaların təftiş işləri üçün layihə, spesifikasiya və BOQ hazırlamaq;
 
- Layihələrdə yoxlama gündəliyini təqib eləmək;
 
- Tikilməkdə olan ticarət mərkəzlərinin təmir-bərpa işlərinin auditi;
 
- İcarəçinin fəaliyyətinin gündəlik yoxlanılması, onun nəzarəti və hesabatı;
 
- Planlaşdırılan layihələrin sınaq istismara verilməsi işlərinə nəzarət;
 
- Yoxlamaların aparılması və planlaşdırılan, davam edən layihələrin cədvəllərinin hazırlanması;
 
- Kommersiya departamentinin ehtiyaclarını tikinti komandasına və ya icarəçilərə ötürmək;
 
- Davam edən uyğunlaşdırma layihələrinin iş qrafiklərini mütəmadi olaraq yeniləmək;
 
- Tikinti podratçıları üçün miqyaslı rəsmləri və müqavilə sənədlərini hazırlamaq;
 
- Planlara uyğunluğuna nəzarət etmək üçün quraşdırma/yenidənqurma zamanı işlərin vaxtaşırı yerində müşahidəsini aparmaq.
 
 
Əsas meyarlar:
 
- Memarlıq və ya inşaat mühəndisliyi üzrə bakalavr dərəcəsi və ya ona müvafiq bakalavr dərəcəsi;
 
- Yaxşı planlaşdırma bacarığı;
 
- Dizayn, tikinti və/və ya daşınmaz əmlakın inkişafı sektorunda minimum 5 il iş təcrübəsi;
 
- AutoCAD üzrə mükəmməl bilik;
 
- Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti. İngilis və türk dillərində danışmaq bacarığı üstünlükdür;
 
- MS Office Suite proqramında işləmə bacarığı;
 
- Tikinti fəaliyyətlərinin auditini aparmağı bacarmaq;
 
- Çoxlu tapşırıqları yerinə yetirmək bacarığı ilə güclü təşkilatçılıq bacarığı;
 
- Tikinti sahəsində mexaniki və elektrik sistemləri ilə tanışlıq;
 
- 3D modelləşdirmə və struktur proqramlar üzrə biliklər bir üstünlükdür;
 
- Mükəmməl vaxt idarəetmə bacarıqları və işi prioritetləşdirmək bacarığı;
 
- Detallara diqqət və problem həll etmə bacarığı;
 
- Daha böyük bir komandanın bir hissəsi kimi yaxşı işləmək, həm də müstəqil şəkildə çatdırmaq və işləmək;
 
- İntizamlı olmaq: şirkətin tələblərinə yüksək səviyyədə riayət etmək, məsələn, davranış qaydaları, geyim tərzi və s.
 
 
Şirkət haqqında:
 
PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 7 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir.
Qrupun portfelinə daxildir:
Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;
Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;
Ölkənin ilk ticarət mərkəzlərindən biri olan – 28 Mall;
Ən böyük beynəlxalq və yerli brend məkanı olan – Gənclik Mall;
Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi – Amburan Mall;
Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan – Şüvəlan Park;
Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan – Gəncə Mall.