Təcrübə Proqramları

Peşəkar jurnalist olmaq istəyən gənclər üçün təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: July 11, 2023

Peşəkar jurnalist olmaq istəyən gənclər üçün təcrübə proqramı

Peşəkar jurnalist olmaq istəyən gənclər üçün ÖDƏNİŞSİZ təcrübə proqramı 

Peşəkar jurnalist olmaq üçün həm bilik, həm də təcrübə qazana biləcəyi peşəkar mühit axtaran gənclər üçün Pro Media School ödənişsiz 3 aylıq təlim və mentorluq proqramına qəbul elan edir.

Səkkiz günlük peşəkar media təlimini uğurla başa vuran iştirakçılar növbəti mentorluq proqramı mərhələsinə keçid etmək hüququ qazanacaqlar. Bu mərhələdə xüsusi mentorla real media mühitində fəaliyyət göstərərək həm jurnalistika peşəsənin incəliklərini öyrənəcək, həm də karyeraya başlaya biləcəklər.

Mentorluq proqramına keçmək haqqı qazanan iştirakçılar təcrübəçi təqaüdü ilə təmin ediləcəklər.

Kimlər müraciət edə bilər:

  • jurnalistika tələbələri
  • jurnalistika məzunları
  • blogerlər
  • media işinə həvəsli gənclər
  • 18-28 yaş aralığı

Proqramda iştirak arzusunda olan şəxslər müraciət üçün professionalmediaschool@gmail.com ünvanına CV-lərini göndərməlidirlər. CV mərhələsini keçən namizədlər müsahibə üçün dəvət olunacaqlar.

Son müraciət tarixi: 25 iyul 2023

Əlavə məlumat üçün: 077 546 35 36


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram