Təcrübə Proqramları

POS Marketinq və SMM üzrə Təcrübəçi

Profile picture

Tecrube.az

Published: February 15, 2024

POS Marketinq və SMM üzrə Təcrübəçi

Rossmann Marketinq komandasına POS Marketinq və SMM üzrə Təcrübəçilər axtarışındayıq.

Vəzifə öhdəlikləri:( POS Marketinq)

  •  POS materialların mağazalar üzrə bölgüsü, sifarişin həyata keçirilməsi və izlənilməsi
  •  Çap materiallarının təmin olunmasına nəzarət
  •  Mağaza daxili və xarici reklam işlərini şirkət konseptinə uyğun təşkil etmək
  •  POS marketinq layihələri üzrə mağazalarda ölçülər götürmək və mağazanı brandbook-da qeyd olunan normalar üzrə pos marketinq materialları ilə təmin etmək
  •  İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

 Vəzifə öhdəlikləri: (SMM)

  •  Şirkətin sosial media platformalarına nəzarət etmək
  •  Foto-video çəkilişlərdə iştirak, prosesə nəzarət, istiqamətləndirmə
  •  Sosial mediada gələn sorğu və rəylərin operativ cavablandırılması
  •  Mağazada məhsulllar haqqında story-lərin çəkilməsi
  •  Müsabiqələrin planlaşdırılması və keçirilməsi, qaliblərin təyin olunması
  •  İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

 Tələblər:

  • Ali təhsil;
  • Dil bilgiləri: İngilis və Rus dilləri üstünlükdür
  • MS Office bilikləri
  • Komanda ilə işləmə bacarığı, çevik, analitik düşüncə və problem həlletmə bacarıqları

Nahar Şirkət tərəfindən qarşılanır və Servis Xidməti mövcuddur.

Maraqlanan namizədlər CV-lərini müvafiq Vakansiyanın adını mövzu hissəsində qeyd etməklə Careers@rossmann.az ünvanına yönləndirə bilərlər.

Qeyd: Müraciət üçün son tarix: 18.02.2024


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram