Təcrübə Proqramları

Qrafik dizayn üzrə təcrübəçi

Profile picture

Tecrube.az

Published: September 29, 2023

Qrafik dizayn üzrə təcrübəçi

Komandamıza Qrafik dizayn üzrə təcrübəçi axtarırıq!

İdeyaları unudulmaz vizuallara çevirməyi sevən yaradıcı qrafik dizaynersiniz? Dizayna dünyasına həvəsli və detallara diqqət yetirirsiniz? Maraqlı peşəkar səyahətə hazırsınız ? O zaman bu fürsəti qaçıra bilməzsiniz!

Sizdən nə gözləyirik:

Lighthouse Consulting & Training-də Qrafik Dizayn üzrə Təcrübəçi olaraq siz vizual kimliyimizin formalaşmasında və müxtəlif auditoriyalar üçün öyrənmə təcrübəsinin artırılmasında böyük rol oynayacaqsınız. Gündəlik tapşırıqlarınıza aşağıdakılar daxildir:

  • Öyrənmə materialları, marketinq və çap üçün vizual məzmun, təqdimat, infoqrafika və digər vizualların yaradılması.
  • Bütün kommunikasiya kanallarında brendimizin vizual kimliyini qorumaq və inkişaf etdirmək.
  • Ən son dizayn tendensiyalarını və texnologiyalarını izləməklə layihələrimizə out of the box, innovativ ideyalar əlavə etmək.

Sizi nə gözləyir:

  • İnnovativ öyrənmə mühitində real dünya təcrübəsi.
  • Təcrübəli mütəxəssislərdən mentorluq.
  • Yaradıcılığınızı dəstəkləyəcək komandada işləmə imkanı.
  • Bacarıqlarınızı inkişaf etdirmək üçün Lighthouse Academy.
  • İş və həyatı balanslaşdırmaq üçün hibrid iş cədvəli.

Karyeranıza bizimlə başlamağa hazırsınız? Dizayn işlərinizi əks etdirən CV ilə aşağıdaki link vasitəsi ilə müraciət edin.

Müraciət et


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram