Təcrübə Proqramları

Rəqəmsal Bankçılıq üzrə davam edən Təcrübə Proqramı

Profile picture

Tecrube.az

Dərc edilib:

Yenilənib:

Hazırda açıq təcrübə elanlarına və müraciət qaydalarına baxın
Rəqəmsal Bankçılıq üzrə davam edən Təcrübə Proqramı

“AFB Bank” ASC –də Rəqəmsal Bankçılıq üzrə davam edən Təcrübə Proqramını nəzərinizə çatdırmaq istəyirəm!

Təcrübə proqramına kimlər müraciət edə bilər:

  • Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Kompüter Elmləri, Proseslərin avtomatlaşdırılması istiqamətləri üzrə ali təhsil arzu olunandır);
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, Yüksək səviyyədə ingilis dili bilikləri arzu olunandır;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
  • Analitik düşünmə, ünsiyyət və komandada işləmək bacarığı.

Təcrübəçinin içtirak edəcəyi proseslər:

  • Rəqəmsal Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi
  • Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
  • Yerli və Beynəlxalq bazarda Banklar və Fintexlər tərəfindən təklif edilən rəqəmsal xidmətlərin araşdırılması;
  • Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
  • Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
  • İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
  • Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;

Qeyd edək ki, Təcrübə proqramının sonunda müsbət nəticə göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.

Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə, CV-lərinizin mövzu sətrində müraciət etmək istədiyiniz sahə üzrə “Rəqəmsal Bankçılıq üzrə Təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb