Təcrübə Proqramları

Risklərin monitorinqi və araşdırılması üzrə təcrübəçi

Profile picture

Tecrube.az

Published: September 20, 2023

Risklərin monitorinqi və araşdırılması üzrə təcrübəçi

“PAŞA Sığorta” ASC namizədləri Risklərin idarəolunması departamentində Risklərin monitorinqi və araşdırılması üzrə təcrübəçi vəzifəsinə müraciət etməyə dəvət edir.

Vəzifə və öhdəliklər:

  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq üçün dəstək göstərmək;
  • Risklərin monitorinqi və araşdırılması prosesində aylıq hesabatların hazırlanmasında dəstək olmaq;
  • Dələduzluq riski üzrə daxil olmuş insidentlərə dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi üçün dəstək olmaq;
  • Araşdırma prosesində risklərin qiymətləndirilməsi məqsədilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatların təhlil edilməsində dəstək olmaq;

Tələblər:

  • İqtisadi sahədə ali təhsil (Statistika və Riyazi maliyyəyə üstünlük verilir);
  • Peşəkar səviyyədə Rus və İngilis dilləri arzu olunandır;
  • Yaxşı səviyyədə Microsoft Office proqramları;

Bacarıqlar

  • Şifahi və yazılı ünsiyyət;
  • Məntiqi və analitik düşüncə;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
  • Təqdimat bacarıqları;
  • Komanda daxilində işləmək bacarığı;
  • Təşəbbüskarlıq;

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram