Təcrübə Proqramları

Fresh Graduate Recruitment Program – 2023

Profile picture

Tecrube.az

Published: May 10, 2023

Fresh Graduate Recruitment Program – 2023

Texnologiyalar sahəsində aparıcı şirkətlərdən olan Samsung Electronics Caucasus Company LLC Azərbaycan və Gürcüstan üçün “Fresh Graduate Recruitment Program – 2023” layihəsini açıq elan edir!

 

Proqramın məqsədi: Azərbaycan və Gürcüstanın aparıcı Ali Təhsil Müəssisələrindən Bakalavr pilləsinin sonuncu kursunda və ya Magistr təhsili alan istedadlı və seçilmiş gəncləri işlə təmin etmək.

 

Mövcud iş imkanları: Marketinq, Təchizat və Məhsulun idarə edilməsi sahələrində.

 

Biz sizə təklif edirik:

  • Bazarda aparıcı şirkətlərin birində əvəzolunmaz iş təcrübəsi qazanmaq imkanı;
  • Liderlik bacarıqlarınızı və peşəkar biliklərinizi tətbiq edə bilmə imkanı;
  • Rəqabətli əmək haqqı və tam təmin olunmuş iş şəraiti

 

Proqram haqqında:

  • Son müraciət tarixi – 20 May, 2023
  • İlkin imtahan – 25 May, 2023
  • Case-study / Qrup müsahibə – İyun, 2023
  • İlkin mərhələləri uğurla keçən namizədlərlə yekun müsahibə – İyun – İyul 2023
  • İşə qəbul – 1 Avqust, 2023

 

Namizədlərə dair tələblər:

  • Ali təhsil (Bakalavr/Magistr 2023/2022);
  • İxtisas: Marketinq, İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, habelə Riyazi, Fizika və texniki ixtisaslar;
  • Marketinq, Təchizat və Satınalma və Məhsulların idarə edilməsi sahəsində işləməyə maraq;
  • İngilis dili biliyi – B2 səviyyəsi
  • GPA: 3.5-4

 

Müraciət üçün CV-nizi (İngilis dilində), mövzu hissəsində “Fresh Graduate Recruitment Program” qeyd etməklə secc.hr@samsung.com elektorn ünvanına göndərməyiniz xahiş olunur.


Tecrube.az Logo
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.

© 2026, Разработано командой Tecrube.az