Təcrübə Proqramları

Mühasib – maaşlı təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: November 26, 2022

Mühasib – maaşlı təcrübə proqramı

“Azerbaijan United Carriers” QSC təcrübə proqramına start verir !
Yeni məzun olan və maliyyə-mühasibatlıq biliklərinə sahib gənc dost, bu elan məhz sənin üçündür !

Vəzifə öhdəlikləri:

  • Gündəlik işlərin hesabata alınması, sənədləşdirilməsi;
  • Gündəlik gələn sifarişlərin təqib edilməsi;
  • Sənədləşmə işlərinin görülməsi;
  • Aktların düzgünlüyününün yoxlanılması.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həll edilməsi;

Namizədə dair tələblər:

  • Ali təhsil (Mühasibatlıq və Maliyyə ixtisası üzrə);
  • MS Excel proqramında çalışmaq bacarığı;
  • Maliyyə-mühasibatlıq biliklərinin olması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 300 AZN;
  • 6 günlük növbəli iş qrafiki;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz;
  • Servis şirkət tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib-təcrübəçi” yazaraq hr@auc.az ünvanına göndərmələri xahiş olunur.


Tecrube.az Logo
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.

© 2026, Разработано командой Tecrube.az