Background pattern
AGRICO MMC

“AGRİCO” MMC təcrübə proqramı

AGRICO MMC

Bakı

25 Oktyabr 2024

banner-ads

Общая информация

“AGRİCO” MMC aqronomiya, kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və bu sahə üzrə təcrübə qazanmaq istəyən gənclərimiz üçün əla fürsət təklif edir!


“AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Bütün sahələrdə olduğu kimi, bizim üçün də güclü mütəxəssislərin rolu əvəzsizdir. Cəmiyyətimizə faydalı olmaq üçün, komandamızda yerli və xarici aqronomlar çiyin-çiyinə çalışır və onların bilik və bacarıqlarını, təcrübələrini yeni nəsilə ötürməyi qarşımıza məqsəd qoymuşuq.


6 ay müddətində sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilər?


Təcrübə proqramı ərzində nə əldə edəcəksiniz:


  • Yerli və xarici mütəxəssislərdən öyrənmək imkanı;
  • Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə;
  • Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı;
  • Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.


  • Təcrübə proqramı rəsmidir və əmək haqqı ödənilir.
  • Təcrübə proqramı müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq və Türkiyədə müvafiq sahə üzrə təlimdən faydalanmaq imkanı yaradılacaq.


Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən hr@agrico.az elektron ünvanına mövzu hissəsinə “Təcrübəçi” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.

Обязанности

Məlumat veriləcək

Требования

  • Təhsil: Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə);
  • Dil bilikləri: İngilis dili üstünlükdür.

Оплачиваемая

Зарплата

Программы стажировок

Категория

Будет объявлено

Тип занятости

25 Oktyabr 2024

Дата публикации

24 Noyabr 2024

Срок подачи

banner-ads

Tecrube.az Logo
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.

© 2026, Разработано командой Tecrube.az