Ödəniş kartları üzrə hesablaşma proseslərində iştirak edəcək, əməliyyat məlumatlarının təhlilinə və gündəlik əməliyyat fəaliyyətinə dəstək göstərəcək Kart Klirinqi və Hesablaşmalar üzrə Təcrübəçi axtarırıq.
Обязанности
Ödəniş kartları üzrə əməliyyatların sistemdə yaradılması və emalı prosesinə dəstək göstərmək;
Kart əməliyyatları üzrə hesablaşmaların aparılması prosesində iştirak etmək;
Tranzit və balans hesabları üzrə əməliyyatların yoxlanılmasına və uyğunsuzluqların araşdırılmasına dəstək göstərmək;
Debitor borclarla bağlı əməliyyatların icrası prosesində iştirak etmək;
Sosial və əmək haqqı layihələri üzrə kart sifarişlərinin emalına dəstək göstərmək;
Elektron qaimələrin hazırlanması və təqdim edilməsi prosesində iştirak etmək;
Beynəlxalq ödəniş sistemləri və daxili bank sistemləri üzrə hesablaşma prosesləri ilə tanış olmaq və gündəlik əməliyyatlarda iştirak etmək;
Hesabatların hazırlanması, məlumatların toplanması və ilkin təhlilinə dəstək göstərmək;
Şöbənin gündəlik fəaliyyəti ilə bağlı digər əməliyyat tapşırıqlarının icrasında iştirak etmək.
Требования
Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Data Analitikası və ya əlaqəli sahələr üzrə ali təhsil;
SQL və Python üzrə yaxşı biliklər və məlumatlarla işləmək bacarığı;
MS Excel proqramında işləmək bacarığı;
Azərbaycan dilini əla, ingilis dilini yüksək səviyyədə bilmək;
Maliyyə və mühasibatlıq üzrə baza bilikləri;
Məlumatların təhlili və böyük həcmli məlumatlarla işləməyə maraq;
Güclü məntiqi və riyazi düşüncə qabiliyyəti;
Analitik yanaşma və problemləri həll etmə bacarığı;
Detallara diqqətlilik və məsuliyyətlilik;
Yeni bilik və bacarıqları sürətli mənimsəmək istəyi;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Информация будет предоставлена
Зарплата
Программы стажировок
Категория
Полная занятость
Тип занятости
12 Avqust 2026
Дата публикации
26 Avqust 2026
Срок подачи
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.