Background pattern
Birbank

Model Risklərinin İdarə Edilməsi üzrə Təcrübəçi

Birbank

Bakı

29 İyul 2026

banner-ads

Общая информация

  • Bankda istifadə olunan statistik və analitik modellərin qiymətləndirilməsi və doğrulanmasını həyata keçirmək.
  • Modellərin performansını mütəmadi monitorinq etmək və risklərini qiymətləndirmək.
  • Model doğrulama (validation) və qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək.
  • Modellərin metodologiyasını, fərziyyələrini və nəticələrinin etibarlılığını təhlil etmək.
  • Model sahibləri, risk idarəetməsi və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək.
  • Modelləşdirmə, statistika və məlumatların təhlili sahəsində yeni metod və yanaşmaları araşdırmaq və tətbiq imkanlarını qiymətləndirmək.
  • Modellərin həyat dövrünü (hazırlanma, təsdiq, tətbiq, monitorinq və ləğv) idarə etmək.
  • Modellərin bankın daxili siyasətlərinə və tənzimləyici tələblərə uyğunluğunu təmin etmək.
  • Model risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması prosesində iştirak etmək.
  • Bankdaxili normativ sənədlərə, prosedurlara və vəzifə təlimatına uyğun digər funksiyaları yerinə yetirmək.

Обязанности

  • Bankda istifadə olunan statistik və analitik modellərin qiymətləndirilməsi, monitorinqi və idarə olunması prosesində iştirak etmək.
  • Model qiymətləndirmə və doğrulama hesabatlarını hazırlamaq.
  • Model sahibləri və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək.
  • Modelləşdirmə, məlumatların təhlili, statistika və doğrulama sahəsində yeni metod və yanaşmaları araşdırmaq.
  • Modellərin həyat dövrünün idarə edilməsini təmin etmək.
  • Bankdaxili normativ sənədlər və vəzifə təlimatına uyğun digər funksiyaları icra etmək.

Требования

  • Statistika və modelləşdirmə üzrə nəzəri biliklər.
  • Python, SQL, Excel və məlumatların vizuallaşdırılması alətləri (Tableau, Power BI və s.) üzrə bilik.
  • Statistik və analitik modellərin hazırlanması, doğrulanması, monitorinqi və ya idarə edilməsi sahəsində təcrübə.
  • Model riskinin idarə edilməsi və model həyat dövrü üzrə ümumi anlayış.
  • Bank biznes prosesləri haqqında ümumi bilik.
  • Azərbaycan və ingilis dillərini bilmək.
  • Güclü analitik düşünmə, ünsiyyət və komanda ilə işləmək bacarığı.
  • Məsuliyyətli, diqqətli olmaq və gərgin iş mühitində effektiv fəaliyyət göstərmək.

Информация будет предоставлена

Зарплата

Программы стажировок

Категория

Полная занятость

Тип занятости

29 İyul 2026

Дата публикации

29 Avqust 2026

Срок подачи

banner-ads

Tecrube.az Logo
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.

© 2026, Разработано командой Tecrube.az