Background pattern
Azərbaycan Dəmir Yolları

"Rəqəmsal Yollar" təcrübə proqramı

banner-ads

Общая информация

Azərbaycanın ən böyük işəgötürən şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Sizi "Rəqəmsal Yollar" təcrübə proqramına qoşularaq texnologiya ilə gələcəyi qurmağa dəvət edir!


Aşağıdakı istiqamətlərdən birini "vəzifə başlığı" bölməsində qeyd etməklə, seçdiyiniz sahə üzrə təcrübə proqramında iştirak etmək imkanı əldə edəcəksiniz:


Proqramlaşdırma mühəndisliyi

  • Java, C#, Python proqramlaşdırma dilləri və alətlərindən istifadə edərək rəqəmsal həllərin hazırlanması


DevOps mühəndisliyi

  •  Linux ƏS-li platformalarda mövcud sistem, xidmət və infrastrukturun analiz olunaraq təkmilləşdirilməsi


Layihə idarə edilməsi

  • Biznes modelləşdirmə və analiz metodologiyaları ilə Jira, Confluence kimi idarəetmə alətlərindən istifadə edərək layihələrin effektiv planlaşdırılması, həyata keçirilməsi və idarə olunması


Biznes analitikası

  • Mövcud biznes proseslərini təhlil edərək təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi və bu əsasda iş axışlarının, funksional tələblərin və texniki spesifikasiyaların hazırlanması


Sistem inzibatçılığı

  • Sistemlərin dizaynı və onların texniki xüsusiyyətlərinin hazırlanması


Data analitikası

  • Məlumat bazalarından (SQL) məlumatların əldə edilməsi və təhlil üçün hazırlanması


Texniki dəstək

  • Ofisdə istifadə olunan bütün İT avadanlıqlara texniki baxışın həyata keçirilməsi və yarana biləcək nasazlıqların vaxtında həlli üçün operativ reaksiya verilməsi.



Təcrübə proqramı dövründə Siz aşağıdakılardan faydalanmaq şansı əldə edəcəksiniz:

  • Ödənişli təcrübə imkanı;
  • Nəzəri biliklərinizi real iş mühitində tətbiq etmək imkanı;
  • Peşəkar heyətimizin təcrübəsindən faydalanmaq imkanı;
  • Şirkətdaxili təlim fürsətləri;
  • Gələcək karyera imkanı;
  • Dəyişkən iş qrafiki.

Обязанности

Məlumat veriləcək

Требования

  • Müvafiq sahə üzrə 4-cü kurs bakalavr və ya magistr təhsili almaqda olan tələbələr; 
  • İngilis və ya Rus dili biliklərinə üstünlük verilir; 
  • Müraciət etdiyi sahə üzrə sertifikatların olmasına üstünlük verilir.

Информация будет предоставлена

Зарплата

Программы стажировок

Категория

Будет объявлено

Тип занятости

8 Aprel 2025

Дата публикации

8 May 2025

Срок подачи

banner-ads

Tecrube.az Logo
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.

© 2026, Разработано командой Tecrube.az