Background pattern
Bir ecosystem

Süni İntellekt (AI) Modellərinin Validasiyası üzrə təcrübəçi

Bir ecosystem

Bakı

16 Oktyabr 2026

banner-ads

Общая информация

Bu təcrübəçi rolu kredit riski, IFRS 9, Machine Learning və Gen AI modellərinin validasiyası prosesində iştirak etməyi, məlumatların hazırlanması və keyfiyyətinin yoxlanılmasını əhatə edir. Namizədlərdən Python, SQL, statistika və maşın öyrənməsinin əsasları, həmçinin Gen AI, LLM, RAG və AI agentləri haqqında anlayış gözlənilir.

Обязанности

  • Modellərin (kredit riski, IFRS 9, ML və Gen AI modelləri) müstəqil validasiyası işlərində validatorlara dəstək göstərmək;
  • Validasiya üçün məlumatların hazırlanmasını, keyfiyyətinin yoxlanılmasını və ilkin təhlilini aparmaq;
  • Validasiya testlərini (diskriminasiya gücü, kalibrasiya, stabillik, backtesting) Python və SQL vasitəsilə icra etmək;
  • AI/Gen AI modellərinin və AI agentlərinin test edilməsində iştirak etmək (cavabların düzgünlüyü, hallüsinasiya, qərəzlilik, dayanıqlıq);
  • Validasiya proseslərinin AI alətləri ilə avtomatlaşdırılmasına dəstək göstərmək;
  • Validasiya hesabatlarının və işçi sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Məxfilik və informasiya təhlükəsizliyi tələblərinə riayət etmək.

Требования

  • Riyaziyyat, statistika, kompüter elmləri, data elmi və ya oxşar ixtisas üzrə ali təhsil (son kurs tələbəsi, məzun və ya magistrant)
  • Python və SQL bilikləri, statistika və maşın öyrənməsinin əsasları
  • Gen AI və LLM əsaslı həllər haqqında anlayış (prompt yazma, RAG, AI agentləri), praktiki təcrübə üstünlükdür
  • İngilis dili: texniki ədəbiyyatı oxumaq və sənəd hazırlamaq səviyyəsində
  • Analitik və tənqidi düşüncə, detallara diqqət
  • Sürətli öyrənmə bacarığı, məsuliyyətlilik və komandada işləmək bacarığı

Информация будет предоставлена

Зарплата

Программы стажировок

Категория

Полная занятость

Тип занятости

16 Oktyabr 2026

Дата публикации

15 Noyabr 2026

Срок подачи

banner-ads

Tecrube.az Logo
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.

© 2026, Разработано командой Tecrube.az