Background pattern
Azerconnect

UX/UI Intern

Azerconnect

Bakı

2 İyul 2025

banner-ads

Общая информация

Funksiya: İnformasiya Texnologiyaları və Əsas Şəbəkə İdarəsi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz.

Son müraciət tarixi: 11.07.2025.

 

İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

“Azerconnect Group” şirkəti dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023, 2024 və 2025-ci illər üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb. 

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Обязанности

  • İstifadəçi ehtiyaclarını və davranışlarını anlamaq üçün araşdırmalarda iştirak etmək; 
  • İstifadəçi personası, səyahət xəritələri və ssenarilər hazırlamaqda komandaya dəstək olmaq;
  • Low-fidelity və high-fidelity wireframe-lər hazırlamaq / Mockup və prototiplərin təqdimatı üçün material hazırlamaq;
  • UX problemlərini müəyyənləşdirmək və təkliflər irəli sürmək;
  • UI dizayn standartlarına uyğunluğun yoxlanmasında iştirak;
  • UX dizaynerləri, UI dizaynerləri, frontend proqramçılar və məhsul sahibləri ilə koordinasiyalı işləmək;
  • Gündəlik və ya həftəlik görüşlərdə (stand-up, review və s.) iştirak etmək;
  • Mövcud dizayn sistemlərinə uyğun olaraq yeni komponentlər hazırlamaq və ya uyğunlaşdırmaq;
  • Reusable (yenidən istifadə olunan) komponentlər haqqında anlayış formalaşdırmaq;
  • Oxşar məhsulları təhlil etmək və ən yaxşı UX/UI təcrübələrini öyrənmək/Benchmarking araşdırmalarında iştirak;
  • Test ssenarilərinin hazırlanması və istifadəçilərlə testlərin keçirilməsində iştirak / Toplanan rəy və nəticələrə əsasən dizayn təklifləri hazırlamaq;
  • UX/UI dizayn konseptlərini komanda və ya rəhbərlik qarşısında vizual və məntiqi şəkildə təqdim etmək.

Требования

  • Ali təhsil (Qrafika, Qrafik dizayn üzrə və ya İncəsənət Məktəbində xüsusi təhsilin olması üstünlükdür);
  • Azərbaycan, Rus və İngilis dillərini yaxşı bilmək;
  • Kreativlik, Multitaskinq, Ünsiyyət bacarıqlarına sahib olmaq.

Информация будет предоставлена

Зарплата

Программы стажировок

Категория

Полная занятость

Тип занятости

2 İyul 2025

Дата публикации

1 Avqust 2025

Срок подачи

banner-ads

Tecrube.az Logo
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.

© 2026, Разработано командой Tecrube.az