Background pattern
Hoffman Co

XARİCDƏ TƏHSİL ÜZRƏ MENECER TƏCRÜBƏ PROQRAMI

Hoffman Co

Bakı

25 Fevral 2025

banner-ads

Общая информация

HOFFMAN CO – XARİCDƏ TƏHSİL ÜZRƏ MENECER TƏCRÜBƏ PROQRAMI 🔹


🚀 Karyeranı beynəlxalq təhsil sahəsində qurmaq istəyirsən?


Hoffman Co. şirkəti xaricdə təhsil üzrə menecer olmaq istəyən gənclər üçün təcrübə proqramı elan edir! Bu proqram sənə həm nəzəri biliklər, həm də real iş təcrübəsi qazandıracaq.


🎯 Sən nə əldə edəcəksən?

✅ Xaricdə təhsil sahəsində real iş təcrübəsi;

✅ Beynəlxalq universitetlərlə əməkdaşlıq şansı;

✅ Peşəkar komandada çalışma imkanı;

✅ Təcrübə müddətini uğurla tamamlayan namizədlərə rəsmi iş təklifi


Namizəd Hoffman Co-da keçirilən yerli və beyənlxalq layihələrin təşkilatçılığında təcrübə qazanacaq. Əlavə olaraq Seçiləcək namizəd keçirilən təlim, kamp kimi layihələrdə iştirak edəcək sertifikatlarla təltif olunacaq.


Müraciət etmək istəyənlər Cv və Motivasiya məktubu Subject hissəində Xaricdə Təhsil üzrə Menecer təcrübə proqramı qeyd edərək info@hoffmantrustco.com ünvanına göndərə bilərlər. Qeyd edək ki, Motivasiya məktubu olmayan cv-lərə baxılmır.

Обязанности

📌 Birlikdə öyrənəcəyimiz bəzi proseslər:

🔹 Tələbələrə və valideynlərə xaricdə təhsil imkanları haqqında məsləhət vermək;

🔹 Universitetlərə müraciət və sənədləşmə prosesində iştirak etmək;

🔹 Müxtəlif beynəlxalq təhsil sərgiləri və tədbirlərdə iştirak etmək;

🔹 Xarici universitetlərlə əməkdaşlıq qurmaq və əlaqələri idarə etmək.


Требования

🔹 Ali təhsil (tamamlanmış və ya sonuncu kursda oxuyan tələbələr);

🔹 Xaricdə təhsil və universitet müraciət prosesləri haqqında ilkin biliklər;

🔹 Yüksək ünsiyyət və təqdimat bacarıqları;

🔹 İngilis dili biliyi üstünlükdür

🔹 Məsuliyyətli və detallara diqqətcil

🔹 Komplekslərin olmaması


Оплачиваемая

Зарплата

Программы стажировок

Категория

Полная занятость

Тип занятости

25 Fevral 2025

Дата публикации

27 Mart 2025

Срок подачи

banner-ads

Tecrube.az Logo
Tecrube.az предлагает вам свежие программы стажировок, бесплатные курсы, волонтёрские проекты, тренинги и стипендии.

© 2026, Разработано командой Tecrube.az