Təcrübə Proqramları

Şəbəkə Monitorinqi üzrə Təcrübəçi

Profile picture

Tecrube.az

Published: February 29, 2024

Şəbəkə Monitorinqi üzrə Təcrübəçi

Şəbəkə Monitorinqi üzrə Təcrübəçi 

Funksiya: Şəbəkə Texnologiyaları

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 15.03.2024

Şəbəkə Monitorinqi üzrə Təcrübəçi olaraq Sizin vəzifə öhdəlikləriniz:

  • Şəbəkə, İT, İntellektual Şəbəkə və ya abunəçi tərəfində yaranan hər hansı problemlərin qeydiyyatına, bu haqda məlumat verilməsinə və məlumatın yayılmasına görə məsuliyyət daşımaq;
  • Şəbəkədən maksimal şəkildə istifadəsi və müştəri məmnuniyyəti üçün bütün planlaşdırılmış işlərə yardım etmək və dəstək olmaq;
  • Mühüm məsələlərlə bağlı xəbərdarlıq etmək, onları eskalasiya etmək və yeniləmək;
  • Narazılıq haqqında bildirişlərin emalı və həll edilməsinə nəzarət etmək;
  • Əsas keyfiyyət göstəricilərinin həyəcan siqnallarına nəzarət etmək;
  • Radio/Transmissiya Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;
  • Əsas Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;
  • Səs, SMS və Data trafikinin artmasına və azalmasına nəzarət etmək;
  • İT və İntellektual Şəbəkə elementlərini monitorinq etmək;
  • Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Vəzifənin tələbləri:

  • Telekommunikasiya və ya informasiya texnologiyaları sahəsində ali təhsil;
  • Azərbaycan, ingilis, rus;
  • Microsoft məhsulları;
  • Yaxşı ünsiyyət qurmaq və təşkilatçılıq bacarıqları;
  • Problemi həll etmək və qərar qəbul etmək bacarıqları;
  • Etibarlı olmaq və özünü idarə etməyi bacarmaq.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2024, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram