Təcrübə Proqramları

SMM sahəsi üzrə TƏCRÜBƏÇİ vakansiyası

Profile picture

Tecrube.az

Published: August 12, 2022

SMM sahəsi üzrə TƏCRÜBƏÇİ vakansiyası

IMPLER Agentliyi SMM sahəsi üzrə TƏCRÜBƏÇİ vakansiyası elan edir. Gələcək karyeranızı bu sahədə qurmaq istəyirsinizsə, işləyərək təcrübə əldə etmək şansını əldən verməyin.

 

Kimi axtarırıq:

  • Aktiv sosial media istifadəçisi;
  • Yazı yazmaq, fikirlərini izah etmək bacarığına malik;
  • SMM və marketinq sahəsi üzrə minimal baza biliklərin olması;
  • Öyrənməyə həvəsli, ünsiyyətcil və maraqlı bir gənc;
  • İşinə və özünə qarşı məsuliyyətli olan;
  • Azərbaycan dili – mükəmməl səviyyədə, digər dil bilikləri üstünlükdür;

 

Biz nə söz veririk:

  • Professional komandada böyük təcrübə;
  • Mehriban iş mühiti, rahat ofis;
  • Təcrübə müddətində yemək və nəqliyyat xərclərinin qarşılanması;
  • Gələcəkdə işlə təmin olunma və ya qızıldan qiymətli tövsiyə məktubu.

 

İş qrafiki

  • Həftə içi saat 10:00-18:00 / həftənin 5 günü
  • Təcrübə müddəti: 3 ay (minimum).

 

Yuxarıda qeyd olunmuş tələblərə uyğun gələn şəxslər CV, motivasiya məktubunu cv@impler.com ünvanına göndərə bilərlər. Subject (məktubun başlığı) yerində “Intern” yazmağınız xahiş olunur.

Son müraciət tarixi: 15 Avqust


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb