reklam

IMPLER Agentliyi SMM sahəsi üzrə TƏCRÜBƏÇİ vakansiyası elan edir. Gələcək karyeranızı bu sahədə qurmaq istəyirsinizsə, işləyərək təcrübə əldə etmək şansını əldən verməyin.

 

Kimi axtarırıq:

  • Aktiv sosial media istifadəçisi;
  • Yazı yazmaq, fikirlərini izah etmək bacarığına malik;
  • SMM və marketinq sahəsi üzrə minimal baza biliklərin olması;
  • Öyrənməyə həvəsli, ünsiyyətcil və maraqlı bir gənc;
  • İşinə və özünə qarşı məsuliyyətli olan;
  • Azərbaycan dili – mükəmməl səviyyədə, digər dil bilikləri üstünlükdür;

 

Biz nə söz veririk:

  • Professional komandada böyük təcrübə;
  • Mehriban iş mühiti, rahat ofis;
  • Təcrübə müddətində yemək və nəqliyyat xərclərinin qarşılanması;
  • Gələcəkdə işlə təmin olunma və ya qızıldan qiymətli tövsiyə məktubu.

 

İş qrafiki

  • Həftə içi saat 10:00-18:00 / həftənin 5 günü
  • Təcrübə müddəti: 3 ay (minimum).

 

Yuxarıda qeyd olunmuş tələblərə uyğun gələn şəxslər CV, motivasiya məktubunu [email protected] ünvanına göndərə bilərlər. Subject (məktubun başlığı) yerində “Intern” yazmağınız xahiş olunur.

Son müraciət tarixi: 15 Avqust

reklam