Təcrübə Proqramları

SMM Təcrübə Proqramı vakansiyası

Profile picture

Tecrube.az

Published: March 2, 2023

SMM Təcrübə Proqramı vakansiyası

SMM Təcrübə Proqramı

 

Biz kimik?

MOF bizneslərin sosial bələdçisidir. Müxtəlif brendlərə sosial şəbəkələrdə düzgün hədəf kütləsinin qarşısına çıxmağa, eyni zamanda həmin kütlənin diqqətini cəlb etməyə yardım edən əsas körpüdür. Müxtəlif biznes həlləri təqdim edən və yeni ideyaların yaradılmasına vəsilə olan komandamız, biznesinizin tikanlardan ulduzlara qalxmasına qədər sizinlə olacaq!

 

Tələblərimiz :

  • Fərqli, qeyri-adi və kreativ düşüncə
  • Problem həll etmək və araşdırma bacarığı
  • Səmimi və xoş ünsiyyət bacarığı
  • Qrammatik normalara riayət
  • Analiz etmək bacarığı
  • Komanda ilə işləmə bacarığı, ideyaların paylaşılması, brainstorming-də aktiv iştirak
  • Təşəbbüskarlıq

 

İş saatları : Adı “Part-time”, əsli isə “Öyrənənə qədər işlədirik” 🙂

Müddət : 1 ay

 

Nə kimi imkanlar bəxş edirik :

  • Real iş mühitində bolluca təcrübə qazanmaq
  • Marketinq (rəqəmsal və ənənəvi), eləcə də digər sahələri əhatə edən peşəkarlar tərəfindən mütəmadi həyata keçirilən təlimlər
  • Bir çox qabaqcıl şirkətlərlə işləmə imkanı
  • Təcrübəni təsdiq edən rəsmi sertifikat
  • Təcrübə proqramından sonra işlə təmin olunma imkanı
  • Əyləncəli komanda ilə iş

 

Ofisimiz parkın yanındadır, havalar da isinir 🙂

Proqrama qoşulmaq üçün öz CV-nizi markofuniagency@gmail.com elektron poçt ünvanına mövzu(subject) bölməsində “SMM Təcrübə Proqramı” qeyd edərək göndərə bilərsiniz.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2024, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram