Təcrübə Proqramları

STEAM Təcrübə Proqramı 2023

Profile picture

Tecrube.az

Published: July 5, 2023

STEAM Təcrübə Proqramı 2023

STEAM Azərbaycan layihəsi məzun və magistrların bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə “STEAM Təcrübə Proqramı 2023” elan edir!

 

Proqrama 2020-2023-cü tədris illərinin məzunları və hazırda magistratura pilləsində təhsil alan tələbələr müraciət edə bilər.

 

Təcrübə proqramı (modullar):

  • STEAM metodologiyalar;
  • Robototexnika;
  • 3D modelləşdirmə və 3D Çap;
  • Mühəndislik;
  • Kodlaşdırma.

 

Yarış və tədbirlər:

  • Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ə hazırlıq prosesi;
  • STEAM İnnovasiya Mərkəzində fəaliyyətlər;
  • STEAM Mərkəzlərinə səfərlər.

 

Ödənişsiz proqramda iştirak üçün müraciət etmək istəyənlər CV-lərini 9 iyul 2023-cü il saat 09:00-a qədər cv@steam.edu.az ünvanına göndərməlidirlər. Təcrübə proqramına 12 iyul tarixindən start verilir, müddəti haqqında məlumat müsahibə zamanı bildiriləcək.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2024, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram