Təcrübə Proqramları

Təcrübəçi (Biznes analitika üzrə) vakansiyası

Profile picture

Tecrube.az

Published: February 20, 2023

Təcrübəçi (Biznes analitika üzrə) vakansiyası

Təcrübəçi (Biznes analitika üzrə)

Struktur bölmənin adı : İnformasiya texnologiyaları departamenti

İş rejimi : Gündəlik

Vakansiyaya müraciət üçün son tarix : 24-02-2023

İş yerinin ünvanı : Bakı

Şərtlər

Təcrübə müddəti 3 aylıqdır. Bu müddət ərzində təcrübəçi İnformasiya Texnologiyaları departamentinin həyata keçirdiyi müxtəlif əməliyyatlarda iştirak edərək sahə üzrə praktiki biliklər əldə edəcək. Proqram ödənişlidir.

 

ƏSAS TƏLƏBLƏR

  • Ali təhsil (Data analitika və ya biznes analitika istiqaməti üzrə təhsil alan tələbələrə üstünlük veriləcəkdir);
  •  Azərbaycan dili (səlis), ingilis dili (sərbəst), rus dili (arzuolunandır).

 

BİLKİLƏR

  • İT Layihə idarəetməsi, biznes idarəetmə, əsasən də İnformasiya Sistemlərinin idarəetməsi sahəsi üzrə nəzəri biliklər;
  • Biznes Analitika və layilələndirmə üzrə biliklər;
  • Veb-əsaslı data təhlili, vizuallaşdırma və layihə idarəetməsi üzrə alətlərlə bağlı bilikər.

 

BACARIQLAR

  • Biznes mühitində işləmək və ünsiyyət bacarıqları;
  • Dinamik və dəyişən mühitdə işləmə bacarıqları;
  • Komandada işləmək bacarıqları;
  •  Yaradıcı düşünmə və inkişafa meyilli namizədlərə üstünlük veriləcəkdir.
  • İntizamlı və sənaye mühitində işləmək bacarıqları.

 

Öhdəliklər

  • İnformasiya sistemləri ilə işləmək, mütəmadi təhlillər aparmaq və hesabatlar hazırlanmasında iştirak;
  • İstifadəçilərdən tələbləri toplayıb, layihənin və ya məhsulun təhlilini aparmaq, problem və performans hesabatları hazırlanmasında iştirak;
  • Ehtiyac yarandıqda ilkin çizgilər (wireframe), mockup, prototyping alətlərini istifadə etmək, sxemlər, struktur və digər qrafiki sxemlər tərtib edilməsində iştirak;
  • Komanda ilə əsas tərəflərlə işləmək, müvafiq texniki tələblər üzrə sənədlərin toplamaq, incələmək, razılaşdırmaq və redaktə edilməsində iştirak;
  • İnformasiya sistemlərinin tətbiqi və ya optimallaşdırlması ilə bağlı komandaya dəstək vermək, müvafiq görüşlərdə iştirak etmək;
  • Liman sahəsi üzrə inkişaf və optimizasiya təşəbbüsləri üçün Data analizi metodlarını hazırlamaq və tətbiqində iştirak etmək;
  • Mütəmadi araşdırmalar aparmaq və komanda ilə birgə indikatorlara uyğun təhlillər və dinamik hesabatlar hazırlanmasında iştirak;
  • Tələbata uyğun olaraq digər təhlillərlə bağlı komandaya dəstək vermək.

Müraciət et


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram