Təcrübə Proqramları

Təcrübəçi (Data analitika üzrə) vakansiyası

Profile picture

Tecrube.az

Published: February 21, 2023

Təcrübəçi (Data analitika üzrə) vakansiyası

Təcrübəçi (Data analitika üzrə)

Struktur bölmənin adı: İnformasiya texnologiyaları departamenti

İş rejimi: Gündəlik

Vakansiyaya müraciət üçün son tarix: 24-02-2023

İş yerinin ünvanı: Bakı

 

Şərtlər

Təcrübə müddəti 3 aylıqdır. Bu müddət ərzində təcrübəçi İnformasiya Texnologiyaları departamentinin həyata keçirdiyi müxtəlif əməliyyatlarda iştirak edərək sahə üzrə praktiki biliklər əldə edəcək. Proqram ödənişlidir.

 

ƏSAS TƏLƏBLƏR

  • Ali təhsil (Data analitika və ya Data elmi istiqaməti üzrə təhsil alan tələbələrə üstünlük veriləcəkdir );
  • Logistika sahəsində nəzəri və ya praktiki bilikləri olan namizədlərə üstünlük veriləcəkdir
  • Azərbaycan dili (səlis), ingilis dili (sərbəst), rus dili (arzu olunandır).

 

BİLKİLƏR

  • Data Analitika və kodlaşdırma üzrə biliklər;
  • Python, R və bu kimi proqramlarla Data təhlili;
  • SQL və bu kimi verilənlər bazaları ilə işləmə və Data təhlili bilikləri;
  • Veb-əsaslı Data təhlili və vizuallaşdırma alətləri ilə iş üzrə biliklər;
  • İri həcmli verilənlər bazası ilə iş və onları təhlil etmək üzrə biliklər.

 

BACARIQLAR

  • Biznes mühitində işləmək və ünsiyyət bacarıqları;
  • Dinamik və dəyişən mühitdə işləmə bacarıqları;
  • Komandada işləmək bacarıqları;
  • Yaradıcı düşünmə və inkişafa meyilli namizədlərə üstünlük veriləcəkdir;
  • İntizamlı və sənaye mühitində işləmək bacarıqları.

 

Öhdəliklər

  • Müəyyən indikatorlar üzrə məlumatların toplanması, təmizlənməsi və təhlilində iştirak;
  • Liman sahəsi üzrə inkişaf və optimizasiya təşəbbüsləri üçün Data analizi metodlarının hazırlanması və tətbiqində iştirak;
  • Datanın işlənməsi, təhlili və müvafiq indikatorlara uyğun vizuallaşdırılmasında iştirak;
  • Mütəmadi araşdırmalar aparmaq və komanda ilə birgə indikatorlara uyğun təhlillər və dinamik hesabatlar hazırlanmasında iştirak;
  • Tələbata uyğun olaraq digər təhlillərlə bağlı komandaya dəstək vermək.

Müraciət et


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram