reklam

Korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmaq arzusundasan?
Praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda həvəslisən?
Araşdırma qabiliyyətin yüksəkdir və problemlərin həllini asanlıqla tapırsan?

Əziz gənc, o zaman sənə peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı təklif edirik!

İş barədə məlumat:

  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
  • Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
  • Görüş və təqdimatların təşkili, iştirak;
  • Müştərilər ilə görüşlərdə iştirak;
  • Şirkətin fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
  • Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

 

Namizədə dair tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (təhsil müəssisələrini yeni bitirənlər üçün);
  • Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalıdır;
  • Rus və İngilis dil bilikləri yaxşı səviyyədə olmalıdır;
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • MS Excel, MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı.

 

İlkin əmək haqqı 300 AZN, İşində fərqlənən namizədlərə yaxın gələcəkdə yüksək əmək haqqı vəd olunur.

CV-ni 31 may 2022-ci il tarixinədək, mövzu hissəsində “Təcrübəçi-hüquqşünas” qeyd etməklə [email protected] ünvanına göndər və mehriban kollektivimizin üzvü ol!
Əlavə sualınız olarsa +994 55 222 15 09

reklam