reklam

Korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmaq arzusundasan?
Praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda həvəslisən?
Araşdırma qabiliyyətin yüksəkdir və problemlərin həllini asanlıqla tapırsan?

Əziz gənc, o zaman sənə peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı təklif edirik!

İş barədə məlumat:
· Yüksək komanda ruhunda əməkdaşlıq;
· Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
· Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
· Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;
· Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
· Görüş və təqdimatların təşkili, iştirak;
· Müştərilər ilə görüşlərdə iştirak;
· Şirkətin fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
· Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Namizədə dair tələblər:
· Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (təhsil müəssisələrini yeni bitirənlər üçün);
· Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalıdır;
· Rus və İngilis dil bilikləri yaxşı səviyyədə olmalıdır;
· Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
· MS Excel, MS Word və Outlook Express proqramlarından sərbəst istifadə edə bilmə bacarığı.

İlkin əmək haqqı 300 AZN, İşində fərqlənən namizədlərə yaxın gələcəkdə yüksək əmək haqqı vəd olunur.

CV-ni 31 may 2022-ci il tarixinədək, mövzu hissəsində “Təcrübəçi-hüquqşünas” qeyd etməklə [email protected] ünvanına göndər və mehriban kollektivimizin üzvü ol!
Əlavə sualınız olarsa +994 55 222 15 09

reklam