Təcrübə Proqramları

Telesatış üzrə təcrübəçi

Profile picture

Tecrube.az

Published: January 27, 2024

Telesatış üzrə təcrübəçi

PashaPay şirkətində “Telesatış üzrə təcrübəçi” vakansiyası aktivdir.

Tələblər:

  • Ali təhsil;
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
  • Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
  • Ünsiyyət və inandırma bacarığının olması;
  • Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
  • Hədəf yönümlü olmaq;
  • Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
  • Satış sahəsi üzrə karyera qurmağı planlamaq.

Vəzifə öhdəlikləri:

  • Bazadakı müştərilərə zənglər etmək;
  • Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
  • Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq;
  • Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.

Təcrübə müddəti ödənişlidir və əlavə olaraq satışlardan bonus qazanmaq imkanı mövcuddur.

Kommunikasiya bacarıqlarınız yüksəkdirsə və aşağıdaki tələblərə uyğun gəlirsinizsə öz CV-ni hr@pashapay.az ünvanına göndərə bilərsiniz.

P.S. mövzu hissəsində vakansiyanın adını qeyd etməyi unutmayın.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2024, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram