reklam

Şirkət haqqında: Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.

 

Təlim və tədris şöbəsinə təcrübəçi

Vəzifə öhdəlikləri:

  • Tələbələrin davamiyyətinə və imtahanına nəzarət;
  • Word və Excel proqramlarında hesabatların hazırlamaq;
  • Kursun mentoruna yardım etmək və tələbələrlə sıx əlaqədə olmaq;
  • Qrupların açılmasına və müqavilələrin hazırlamasına kömək etmək;
  • Təcrübə proqramı ilə əlaqəli verilən tapşırıqları yerinə yetirmək;
  • Digər komanda yoldaşları ilə proaktiv şəkildə işləmək.

 

Tələblər:

  • Universiteti yeni bitirmiş məzunlar və ya 3-cü, 4-cü kurs tələbələri;
  • Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
  • İngilis dilinin bilməsi arzuolunandır;
  • Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
  • Müraciət etdiyi şöbənin işi ilə bağlı mövzuları anlamalıdır;
  • Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
  • Komandada işləmək və həmkarları ilə münasibətlər qurmağı bacarmalıdır.

 

Qeyd 1: Təcrübə proqramı 3 ay davam edəcək. Yol pulu qarşılanacaq. Eyni zamanda sertifkatla təmin olunacaqlar. Namizəd müraciət etdiyi təcrübə proqramı ilə əlaqəli praktik biliklər əldə edəcək. Təcrübə proqramını uğurla başa vuran namizəd işlə təmin olunacaq.  

Qeyd 2: Cv-də bakalavr balı və universitet ortalaması yüksək olan tələbə və məzunlara üstünlük veriləcək.

Qeyd 3: Təcrübə proqramına müraciət edən namizədlərin aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçmələri mütləqdir: https://docs.google.com/forms/d/e/1FAIpQLSdajBUlk-ADWQh-6fTKSI3fauj2CJmnPDvigpX5vP-T4HI87A/viewform

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim və tədris şöbəsinə təcrübəçi” başlığı ilə [email protected]elektron poçtuna göndərə bilərlər.

reklam