Təcrübə Proqramları

UX/UI Dizayn üzrə Təcrübəçi vakansiyası

Profile picture

Tecrube.az

Published: April 25, 2024

UX/UI Dizayn üzrə Təcrübəçi vakansiyası

Yenilikçi və dinamik komandamıza qoşulmaq üçün kreativ və həvəsli UX/UI Dizayn üzrə Təcrübəçi axtarırıq. Əgər siz də texnologiya və dizaynın kəsişməsində çalışmaq istəyirsinizsə, bu ödənişli təcrübə proqramı sizin üçün əla fürsətdir!

Əsas Vəzifələr:

  • ⁠İstifadəçi tədqiqatları aparmaq və testlərini etmək.
  • ⁠İstifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə interfeys dizaynları hazırlamaq.
  • ⁠İnnovativ və istifadəçi-mərkəzli dizayn həlləri təklif etmək.
  • ⁠Komanda ilə sıx işbirliyi içində işləmək.

Tələblər:

  • ⁠UX/UI dizaynı sahəsində təhsil (kurs, seminar və s.) almış olmaq.
  • ⁠Adobe XD, Sketch və ya Figma kimi dizayn alətləri ilə iş təcrübəsi.
  • ⁠Yaxşı təhlil və kommunikasiya bacarıqları.
  • ⁠Yenilikçi düşüncə tərzi və problem həll etmə bacarığı.

Müraciət Prosesi:

Maraqlanan namizədlər başlıq hissədə “UX/UI Design Intern” yazaraq öz CV və portfolio linklərini info@innosight.az ünvanına göndərə bilərlər.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram