reklam

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı könüllü qəbulunu elan edir!

2018-ci ildən etibarən hər il təşkil edilən ANİMAFİLM festivalı uşaq və böyükləri peşəkar animasiya ustaları ilə görüşdürüb yüzlərlə animasiya filmini nümayiş etdirən beynəlxalq animasiya festivalıdır. Həmçinin festival boyunca ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər də təşkil olunur.

Fəaliyyəti dövründə bir sıra aktual mövzuları diqqət mərkəzində saxlayan festival bu ilki buraxılışında da önəmli bir mövzuya toxunub. Belə ki, sayca 5-ci dəfə keçiriləcək ANİMAFİLM Festivalının bu ilki mövzusu “İqlim dəyişikliyi” olacaqdır. Bilet satışından əldə olunacaq bütün vəsait isə ağac əkilməsinə xərclənəcəkdir.

Əgər siz də 7-11 sentyabr tarixlərində keçiriləcək 5-ci ANİMAFİLM festivalında könüllü kimi iştirak etmək, həm festivalımıza, həm də festivalımızın bu ilki hədəfinə öz dəstəyinizi göstərmək istəyirsinizsə, elə indi müraciət edin!

Biz işləməyə həvəsli, enerji dolu və kreativ gənclərin axtarışındayıq!

MÜRACİƏT ÜÇÜN SON TARİX: 11.08.2022

 

Müraciət et

reklam