Background pattern
Azercell

Bazar Araşdırmaları üzrə Təcrübə Proqramı

Azercell

Bakı

27 Noyabr 2025

banner-ads

Ümumi məlumat

Azercell-də biz Azərbaycan üzrə mobil, sabit və B2B həllərinin #1 provayderi olaraq davamlı rəqəmsal gələcəyin formalaşmasında iştirak edirik. Biz innovasiyaya əsaslanaraq liderlik edir, təhlükəsiz və miqyaslana bilən infrastruktur qurur, rəqəmsal transformasiyanı sürətləndirir və fərdlər, bizneslər və dövlət sektoru üçün fasiləsiz təcrübələr təqdim edirik. Biz məlumat, süni intellekt və avtomatlaşdırma ilə güclənərək peşəkar və inklüziv komandamız sayəsində çeviklik, etibarlılıq və uzunmüddətli dəyər yaratmaq öhdəliyi ilə fəaliyyət göstəririk.

 

Sizə nə təklif edirik:

 

Azercell-də biz inanırıq ki, bizim ən böyük gücümüz əməkdaşlarımızdır. Komandamıza qoşulduğunuz anda siz innovasiyanı, əməkdaşlığı və şəxsi inkişafı dəyərləndirən, irəliyə baxan və məqsədyönlü bir şirkətin üzvü olursunuz. Sizə təqdim etdiklərimiz:

 

  • Məqsədyönlü karyera – Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıran layihələrin bir hissəsi olmaq
  • Davamlı öyrənmə və inkişaf – Eksklüziv təlimlərə, e-learning platformalarına və karyera inkişafı proqramlarına çıxış imkanı
  • İnnovativ iş mühiti – Yeni ideya və texnologiyaları mənimsəyən və dəstəkləyən komandaya qoşulma imkanı
  • Sağlamlıq və rifah dəstəyi – Geniş əhatəsi olan tibbi sığorta və rifah təşəbbüsləri
  • Hibrid iş mühiti– Peşəkar və şəxsi həyatınızı balanslaşdırmağa imkan verən, etimad və müstəqillik mədəniyyəti yaradan çevik iş siyasəti
  • Rəqabətqabiliyyətli əmək haqqı paketi – Ədalətli və nəticəyə əsaslanan mükafatlandırma
  • İnklüziv mədəniyyət – Hər bir fikrin önəmli olduğu, müxtəlifliyə, hörmətə və bərabərliyə önəm verən iş mühiti

 

Gələcəyini inamla formalaşdırmağa hazırsan? O zaman bu gün müraciət et.

Öhdəliklər

  •  Araşdırma prosesinin bütün mərhələlərinin (xüsusilə daxili sorğuların) icrasını təmin etmək, nəticələrin dəqiqliyinə və keyfiyyətinə cavabdeh olmaq.
  • Sualnəmə əsasında toplanmış məlumatların dinlənilməsi və məntiqi yoxlamalarının aparılması.
  • Sorğular, müsahibələr, fokus qruplar və data analitika alətləri kimi müxtəlif metodologiyalardan istifadə etməklə dərin ilkin və sonrakı bazar araşdırmalarının aparılması.
  • Mürəkkəb məlumatları təhlil etmək və praktik nəticələr əldə etmək üçün əsas statistik üsullardan və məlumat modelləşdirmədən istifadə etmək.
  • Komanda ilə birlikdə bazar trendlərini, istehlakçı davranışlarını və rəqabət mühitini müəyyənləşdirmək və imkanları, riskləri və təhdidləri müvafiq şöbələrə çatdırmaq.
  • Daxili sorğuların keçirilməsi, sualnəmənin hazırlanması, sorğu alətlərində skriptlərin qurulması, metodologiya və nümunə bazasının seçilməsi.
  • Xarici tədqiqat şirkətləri ilə aparılan araşdırma layihələrinə dəstək vermək, layihələrin gedişatına gündəlik nəzarət etmək, zəruri hallarda sahə yoxlamaları aparmaq və problemləri vaxtında aşkarlayıb rəhbərliyə məlumat vermək və s.

Tələblər

  • Sorğular, müsahibələr, fokus qruplar kimi bazar araşdırması anlayışları haqqında ilkin biliklər.
  • Excel və oxşar alətlərdə məlumatların təhlili ilə bağlı əsas biliklər (sadə statistik metodlara dair bilik üstünlükdür).
  • Sorğu nəticələri, sualnamə və məlumatların yoxlanılması zamanı diqqətlilik və dəqiqlik.
  • Google Forms, SurveyMonkey, Qualtrics və s. kimi sorğu alətləri ilə tanışlıq.
  • SPSS, Power BI və ya digər analitik alətlərlə ilkin səviyyədə işləmə bacarığı üstünlükdür.
  • Güclü kommunikasiya və təqdimat bacarığı.
  • Komandada işləmə bacarığı və öyrənməyə həvəs.
  • Məsuliyyətlilik, analitik düşüncə və problem həll etmə bacarığı.
  • Eyni anda bir neçə tapşırıqla işləmə və deadlines-ə əməl etmə bacarığı.
  • Bazar trendləri, istehlakçı davranışı və araşdırma metodologiyalarına maraq.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

27 Noyabr 2025

Elan tarixi

27 Dekabr 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb