Kapital Bank

Data Camp 2025 - təcrübə proqramı

Kapital Bank

Bakı

21 Yanvar 2025

Ümumi məlumat

Bir Bank ASC Data sahəsi üzrə həvəsli, yenilikçi, motivasiyalı və inkişafa yönümlü gəncləri sevindirəcək - Data Camp 2025 proqramına start verir!

Əgər Siz Data elmi üzrə ekspert, Data mühəndis, Biznes Analitik və ya Data Transformasiyası üzrə ekspert olaraq gələcəyinizi qurmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın! Burada siz, həm şəxsi, həm də peşəkar inkişaf üçün əla mühit tapacaqsınız. Təcrübə proqramının müddəti 3 aydır.


Öz hekayənizi yazmağa hazırsınız? İlk addımı atın və karyera yolunda yeni üfüqlərə yelkən açın!


Müraciət etməkdən əlavə aşağıdakı linkdən test mərhələsindən keçmək mütləqdir:

  • Data elmi üzrə ekspert (AI/ Data Scientist): https://app.testgorilla.com/s/anq6g272
  • Data Mühəndis (Data Engineering): https://app.testgorilla.com/s/2narzxi3
  • Data Transformasiyası üzrə ekspert (Data Transformation analyst): https://app.testgorilla.com/s/zx2p56fa
  • Biznes analitik (Business analyst): https://app.testgorilla.com/s/qf5iftuf


Son müraciət tarixi: 7 Fevral

Öhdəliklər

Bu təcrübədə iştirak etmək sizə nələr qazandıracaq?

  • Real layihələrdə işləyərək öyrənmək imkanı;
  • Güclü və böyük kross funksional komandadın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
  • Yeni texnologiyalarla, qabaqcıl analitik modellərlə tanış olmaq və biznesin inkişafı üçün yeni analitik modellər qurmaq;
  • 3 ay sonu Bir Bank-da karyera qurmaq şansı.

Tələblər

Kimlər müraciət edə bilər:

  • Data sahəsinə marağı olan bakalavr son kurs tələbələri, magistr tələbələri,universiteti yeni bitirən məzunlar;
  • Ölkənin ilk rəqəmsal bankında data sahəsində çalışan peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək istəyənlər;
  • Tam iş günü təcrübədə iştirak edə biləcək namizədlər;
  • Motivasiyası yüksək, yeniliklərə açıq və məqsədlərini reallaşdırmaq istəyən gənclər.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

21 Yanvar 2025

Elan tarixi

20 Fevral 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram