Ümumi məlumat
Öhdəliklər
Tələblər
Maaş
Kateqoriya
İş rejimi
Elan tarixi
Bitmə tarixi
© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb
Ümumi məlumat
Məqsədimiz nədir?
SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərin inkişafına dəstək olmaq üçün Gənc İstedadlar Proqramına start verir. Proqrama qoşularaq şirkətimizin peşəkar kadrları ilə birlikdə çalışmaq və bir çox iri layihələrdə iştirak etmək fürsətini əldə etmiş olacaqsınız. Məqsədimiz gənclərin yalnız texniki bacarıqlarını inkişaf etdirmək deyil, həmçinin onları korporativ mühitlə tanış etmək, onlara təşkilati dəyərləri öyrətmək və onları iş həyatına hazırlamaqdır.
Proqram sizə nə vəd edir?
Proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində iştirak etmək, ixtisas biliklərinin və davranış səriştəliklərinin inkişaf etməsi üçün təşkil olunan təlimlərdə iştiak etmək, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.
Gənc İstedadlar Proqramına kimlər müraciət edə bilər?
Seçim prosesi hansı mərhələlərdən ibarətdir?
Seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:
Gənc İstedadlar Proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçidlər üzrə elektron müraciət etməlidirlər.
Əlavə suallarınız olarsa hr@socar.az ünvanına göndərə və ya 0125213405 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərsiniz.
*Məlumat üçün bildiririk ki, SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlar Gənc İstedadlar Proqramının qalibi olmuş şəxslərin işə qəbul edilməsi ilə bağlı öhdəlik daşımır.
17470 İnsan resursları
17468 Qaz təsərrüfatı
17469 İqtisadiyyat
17466 İnformasiya texnologiyaları
17464 Proseslərin avtomatlaşdırılması mühəndisliyi
17471 Mexanika mühəndisliyi
17467 Energetika mühəndisliyi
17465 Kimya mühəndisliyi
17472 Geologiya
Öhdəliklər
Məlumat veriləcək
Tələblər
Proqrama aşağıdakı ixtisaslar üzrə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr pilləsinin sonuncu kursunda və magistatura pilləsində təhsil alan, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar müraciət edə bilərlər. Proqrama iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:
Məlumat veriləcək
Maaş